Xəbərlər
Deputatlığa namizəd Hüseynbala Mirələmovun seçicilərlə növbəti görüşü keçirildi
«Viktoriya» Şadlıq sarayında Milli Məclisə 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Hüseynbala Mirələmovun seçicilərlə növbəti görüşü keçirildi.
YAP Xətai rayon təşkilatının sədr müavini Yeganə Qurbanova Hüseynbala Mirələmovun fəaliyyətinin çoxşaxəli olmasından bəhs etdi. Deputatlığa namizədin vəkili tibb elmləri doktoru, professor Vəsadət Əzizov bildirdi ki, YAP-ın namizədi H.Mirələmovun deputatlıq fəaliyyəti dövründə seçicilərin böyük etimadını qazanması onun növbəti dəfə də qələbəsini şəksiz edir. Düzgün seçim edək ki, daha güclü Azərbaycan naminə inamla irəliləməyi bacaraq.
Seçicilərdən Qurban Əlizadə, Namus Atakişiyev, Rza Əhmədov və başqaları növbədənkənar parlament seçkilərində fəal iştirak edəcəklərini, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olacaqlarını bildirdilər.
Deputatlığa namizəd, YAP Xətai rayon təşkilatının sədri, texnika elmləri doktoru, professor Hüseynbala Mirələmov bildirdi ki, seçicilərimiz 9 fevral növbədənkənar parlament seçkilərində fəal iştirak edib, Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmaqla Azərbaycanın daha da müasirləşməsinə, zənginləşməsinə, insanların daha azad, firavan yaşamasına, ən əsası daha fəal, çevik, müasir parlamentin formalaşmasına töhfə vermiş olacaqlar.