YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmir Vəlizadə: İKT sektorunun inkişafı üzrə Azərbaycan MDB ölkələri arasında liderlər sırasındadır

«Azərbaycan bu gün dinamik inkişaf dövrünü yaşayır. Ölkənin davamlı inkişafını təmin etmək üçün iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun gücləndirilməsinə ciddi diqqət yetirilir. İKT sektoru bu baxımdan prioritet sahələrdən sayılır». Bu fikirləri rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadə bildirib ki, son illərdə İKT-nin ölkənin sosial-iqtisadi irəliləyişinə təkan verən sektor kimi inkişaf etdirilməsi üçün ardıcıl işlər görülüb. Onun sözlərinə görə, nəticədə İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik artım tempi nümayiş etdirərək, 2 milyard dolları  ötüb.

«Bu sektora investisiyaların təxminən 80 faizi faizi  yerli və xarici biznes strukturlarının payına düşür. İKT sektorunun inkişafı üzrə Azərbaycan MDB ölkələri arasında liderlər sırasındadır. Məsələn, məhz Azərbaycanda MDB-də ilk dəfə sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, bütün yaşayış məntəqələri telefonlaşdırılmış və bölgə mərkəzləri magistral fiber-optik şəbəkə ilə birləşdirilib. Ölkənin əhali yaşayan ərazisi tamlıqla çoxproqramlı radio və televiziya yayımı ilə əhatə edilib. 2013-cü ildə rəqəmli televiziya yayımına keçid həyata keçirilib. Hazırda rəqəmli televiziya əhalinin 99 faizinin yaşadığı əraziləri əhatə edir»- deyə, nazir müavini vurğulayıb.