YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Azərbaycanın inkişafının davamlı olması sevindiricidir

«Azərbaycan Respublikasının 2015-ci il üçün dövlət büdcəsi ölkəmizin sürətli inkişafını və tərəqqisini aydın şəkildə ifadə edir».  Bu fikri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, gələn il üçün dövlət büdcəsi sosial və investisiya yönümlü olacaq. Onun sözlərinə görə, gəlirlərinin təxminən 25 milyard, xərclərinin isə 27 milyard olduğu büdcə layihəsi həm də ölkə əhalisinin yaşayış səviyyəsinin yüksəldilməsi baxımından aydın mənzərə formalaşdırır. Çünki, dövlət büdcəsində nəzərdə tutulmuş yaşayış minimumunun və ehtiyac meyarının illər üzrə artım dinamikasını da müşahidə edirilir.

«Dünya miqyasında baş vermiş maliyyə və iqtisadi böhran nəticəsində iqtisadiyyatı, maliyyə sistemi güclü zərər görmüş dünya ölkələrinin mövcud vəziyyəti fonunda Azərbaycanın inkişafının davamlı olması sevindiricidir. Əldə olunan bu nailiyyətlərin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir»- deyə, S.Vəliyeva qeyd edib.