YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında kredit müqaviləsi imzalanmışdır

Mayın 5-də Astanada Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 47-ci illik toplantısı çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə Asiya İnkişaf Bankı arasında AİB tərəfindən maliyyələşdiriləcək “Yol şəbəkəsinin İnkişafı Proqramı – Layihə 4” üzrə kredit müqaviləsi imzalanmışdır.

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və AİB-in prezidenti Takehiko Nakaonun imzaladığı saziş Ağstafa-Poylu-Sadıqlı-Gürcüstan Respublikası dövlət sərhədi və Poylu-Düzqışlaq-Qazax avtomobil yolları üzərində yerləşən dörd körpünün tikintisinin maliyyələşdirilməsini nəzərdə tutur və ümumi dəyəri 45.0 milyon ABŞ dolları təşkil edir.

Layihə Asiya İnkişaf Bankı tərəfindən Azərbaycan Hökumətinə əvvəlcədən təsdiq olunmuş Çoxtranşlı Maliyyələşmə Mexanizmi çərçivəsində qalıq qalan hissə kimi ayrılacaqdır.

İmzalanma mərasimində Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanmış, ölkəmizin AİB ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunmuş, bu əməkdaşlığın digər sahələrdə də genişlənəcəyinə əminlik ifadə edilmişdir.