Xəbərlər
David Poladov: Yeni Azərbaycan Partiyası dövlətimizin gənclər siyasətinə mühüm dəstək verir
“Azərbaycan gəncləri dövlətin qayğısı ilə tam əhatə olunub”. Bu fikri Yeni Azərbaycan Partiyasının təqaüdünü alan Bakı Dövlət Universitetinin tələbəsi David Poladov deyib.
D.Poladov bildirib ki, Prezident İlham Əliyevin siyasətində gənclərlə iş mühüm yer tutur. Onun sözlərinə görə, bunun nəticəsində də ölkə gəncliyi böyük uğurlar qazamaqdadır.
“Gənclər həm təhsildə, həm də çalışdıqları sahələrdə nailiyyətlər qazanırlar. Çox yaxşı haldır ki, Yeni Azərbaycan Partiyası da dövlətimizin gənclər siyasətinə mühüm dəstək verir. Partiya gəncliyin inkişafı ilə bağlı müxtəlif layihələrdən həyata keçirir. Məktəblilər arasında keçirilən Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş yazı müsabiqəsi də bu baxımdan maraqlı layihədir. Mən 2016-cı ildə, 11-ci sinifdə oxuyarkən bu müsabiqədə iştirak etdim və ikinci yeri qazandım. Həmin il Bakı Dövlət Universitetinə qəbul olundum. Hazırda BDU-nun “Sabah” qrupunda, IV kursda oxuyuram. Və müsabiqənin qalibi olduğum üçün YAP-ın təqaüdünü alıram. Özüm də partiyanın üzvüyəm. Biz Yeni Azərbaycan Partiyasının qayğısını həmişə hiss edirik”-deyə, D.Poladov qeyd edib.