YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bülənt Arınc: Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində partiyanın əsas namizədidir

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində Ədalət və İnkişaf Partiyasından şübhəsiz ki, əsas namizəddir. Trend "Anadolu" agentliyinə istinadən bu barədə baş nazirin müavini Bülənt Arınc bazar günü bildirib.

Onun sözlərinə görə, baş nazir 12 uğurlu iş ilindən sonra prezident postuna layiqdir.

"Baş nazir və hazırkı prezident özləri həll edəcəklər, onlardan kimin namizədliyini irəli sürüləcək", - baş nazirin müavini bildirib.

O, həmçinin əlavə edib ki, AKP namizədi prezident olacaq, çünki digər partiyalardan olan namizədlər böyük xalq dəstəyinə malik deyillər.

Türkiyədə prezident seçkiləri 2014-cü ilin avqustun 10-na təyin olunub.