YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Dövlət başçısının cavabı bütün türk dünyası üçün qürurverici idi

«Prezidentimiz hər şeydən əvvəl Sarkisyana verdiyi cavabla özünün böyük diplomatik məharətini, güclü dünya siyasətçisi olduğunu, beynəlxalq məsələləri mükəmməl bildiyini bir daha nümayiş etdirdi». Bu fikirləri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, dövlət başçımızın çıxışı Türkiyə və türk dünyası baxışından da böyük əhəmiyyətə malikdir. Onun fikrincə, belə mövqe türk dünyasının, hətta müstəqil dövləti olmayan türk xalqlarının da başsız olmadığını göstərdi.

«Prezident İlham Əliyev türk dünyasının adını bacarıqla qoruyan lider olaraq özünü göstərdi. Bu mənada dövlət başçısının cavabı bütün türk dünyası üçün qürurverici idi»- deyə, deputat qeyd edib.