Xəbərlər
İndiyədək turizm sahəsində çalışan sahibkarlara 45,5 milyon manat güzəştli kredit verilib
Sahibkarlığın İnkişafı Fondunun xətti ilə bu vaxtadək Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 45,5 milyon manat güzəştli kredit verilib.
Bu barədə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iyunun 3-də Bakıda keçirilən "Azərbaycanda turizmin inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən sahibkarların dövlətin güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması" mövzusunda konfransda deyib.