Xəbərlər
Yaqub Mahmudov: Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlətlərindən biri olub
“Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlətlərindən biri olub”. Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.
Y.Mahmudov bildirib ki, AXC XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yaranıb. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi aradan qaldıraraq bütün vətəndaşların hüquq bərabərliyini təmin edib.
“Müasir Azərbaycan Respublikası AXC-nin varisidir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək Cümhuriyyətin bayrağını, gerbini və himnini qəbul edib. AMEA-nın Tarix İnstitutunda AXC-nin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib. Ulu Öndər Heydər Əliyevin tövsiyələrinə əsasən nəşr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi əsərdir”-deyə, Y.Mahmudov vurğulayıb.