YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli iqtisadiyyatın perspektivləri üzrə Strateji Yol Xəritəsinin 47 faizi icra edilib

Milli iqtisadiyyatın perspektivləri üzrə Strateji Yol Xəritəsinin 47 faizi icra olunub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı mayın 1-də keçirdiyi mətbuat konfransında Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin növbəti monitorinq və qiymətləndirmə nəticələrini açıqlayıb.

O bildirib ki, milli iqtisadiyyatın perspektivləri üzrə Strateji Yol Xəritəsi 8 faiz qismən icra edilib və 45 faizin icrası gözlənilir.

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” isə 64 faizi icra edilib, 8 faiz qismən icra olunub, 28 faizin icrası gözlənilir”, - deyə V.Qasımlı əlavə edib.

DİGƏR Xəbərlər Arxiv