Xəbərlər
Prezident İlham Əliyev Məhərrəm Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məhərrəm Böyükağa oğlu Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Sərəncam imzaladı.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi.