YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehman İsmayılov: 2019-cu ilin “Nəsimi İli” elan olunması Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmət edir

“Bu ilin Prezident İlham Əliyev tərəfindən “Nəsimi İli” elan olunması sadəcə ölməz şair və mütəfəkkirimizin deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin, onun əsas elementləri olan dilimizin, ədəbiyyatımızın və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmət edir”. Bu fikirləri Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.

M.İsmayılov bildirib ki, Ulu öndər Heydər Əliyevin xalqımızın milli, mənəvi və mədəni irsinin inkişafı sahəsindəki fəaliyyət istiqamətləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, dövlət başçısının təşəbbüsü ilə şairin bütün əsərləri latın qrafikası ilə yenidən nəşr olunub, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun mənzil qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib.

“Fondumuz tərəfindən “Nəsimi ili” çərçivəsində tədbirlər planı hazırlanır və bu plana əsasən xüsusilə də gənclər arasında daim qəlblərdə yaşayan müdrik filosofumuzun ölməz ideyalarının təbliğinə xüsusi diqqət yetirəcəyik”-deyə, M.İsmayılov qeyd edib.