YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mətin Kərimli: Azərbaycan məşğulluq sahəsində göstəricilərinə görə dünyada ən yaxşı mövqelərdən birinə malikdir

“Azərbaycan məşğulluq sahəsində göstəricilərinə görə dünyada ən yaxşı mövqelərdən birinə malikdir”. Bu fikri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

M.Kərimli bildirib ki, ölkəmizdə hər il əmək bazarına 100 min gənc daxil olur. Onun sözlərinə görə, Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisində gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir.

“Ölkəmizdə əhalinin 25 faizindən çoxu məhz 14-29 yaş arasındadır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan əhalisinin 50 faizi yaşı 29-dan aşağıdır. Gənclərin məşğulluğunun artırılması Azərbaycan hökumətinin məşğulluq siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasi kursu nəticəsində ölkədə işsizlik 5 faiz həddinə enib. Məşğulluğun təmin olunmasında sözsüz ki, bir sıra komponentlər çox böyük əhəmiyyət daşıyır”-deyə, nazir müavini vurğulayıb.