Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrova təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrova Avstraliya Günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın dərinləşməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirməkdən məmnunluq duyur, dost Avstraliya xalqına sülh və firavanlıq diləyirəm.”