YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Azərbaycan BMT-nin Nizamnaməsində qarşıya qoyulan məqsəd və vəzifələrə sadiqdir

Noyabrın 30-da Milli Məclisin plenar iclasında “Azərbaycan Ordusunun 4 nəfərdən ibarət hərbi heyətinin “qərargah zabit” və “hərbi müşahidəçi” qismində BMT-nin Cənubi Sudandakı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında” qərar layihəsi müzakirə edilib.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qərar layihəsini təqdim edib. Bildirilib ki, bu qərar layihəsi Prezident İlham Əliyev tərəfindən təqdim olunub. İndiyə qədər dünyanın bir neçə ölkəsində sülhməramlı missiyalarda iştirak etmişik. Bu gün də iştirak edirik. Bu əməliyyatlara NATO komandanlığı rəhbərlik edir, bizim hərbçilərimiz isə NATO komandanlığı altında Türkiyə silahlı qüvvələrinin taborunun tərkibində xidmət göstərir. Bu da BMT Təhlükəsizlik Şurasının mandatı altında həyata keçirilir. Bizə təqdim olunan qərar layihəsində artıq bu missiyanı BMT öz üzərinə götürür, bilavasitə BMT Təhlükəsizlik Şurasının 2011-ci il 8 iyul tarixli qətnaməsi ilə həyata keçirilir.

Sədrin birinci müavini qeyd edib ki, bu missiyaya qoşulmaqda məqsəd haqda danışaraq deyib: “Azərbaycan dövləti bir daha öz sülhsevər siyasətini, humanist mahiyyətini ortaya qoyur. Biz istəyirik ki, dünyanın bütün ölkələrində sülh, sabitlik, əmin-amanlıq olsun. Azərbaycan dövləti bu məsələdə çox maraqlıdır. İstəyirik ki, bu məsələ Milli Məclisdə təsdiq olunsun, dörd hərbçimiz orada iştirak etsin. Bu, Azərbaycan dövlətinin sülhsevərliyini, sülhməramlığını, humanistliyini, eyni zamanda, BMT-nin Nizamnaməsində qarşıya qoyulan məqsəd və vəzifələrə sadiqliyini göstərir.

Biz də öz növbəmizdə istərdik ki, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycana münasibətdə qəbul etdiyi qərarların icrasına daha məsuliyyətlə, daha ciddi yanaşsın”.