Xəbərlər
Elmir Vəlizadə: Elektron imzanın başqa ölkələrdə tanınması prosesində maraqlıyıq
Azərbaycan elektron imzanın başqa ölkələrdə tanınması prosesində maraqlıdır.
Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, elektron imza sahəsində mövcud olan qanunvericilik Avropa direktivləri əsasında hazırlanıb: "Biz çalışırıq ki, mövcud qanunvericilik yeni yanaşmaya uyğun olsun. Bu istiqamətdə və yeni layihənin hazırlanması ilə bağlı işlər görülür”.