YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 24 min 510 ipoteka krediti verilib

"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan bildiriblər ki, "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə indiyədək 24 min 510 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 165 milyon 658 min 404 manatdan çoxdur.