YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ gələn il Azərbaycanın gündəlik neft və kondensat hasilatının həcmi ilə bağlı proqnozunu açıqlayıb

2019-cu ildə Azərbaycanın neft və kondensat istehsalı sutkalıq orta hesabla 790 min barrel olacaq.

Bu proqnozla ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) çıxış edib.

Bildirilir ki, bu il Azərbaycanın neft və kondensat hasilatı gündəlik orta hesabla 800 min barrel təşkil edəcək. Gələn ilin birinci və ikinci rübündə ölkədə neft və kondensat istehsalı sutkada 800 min barrel olacaq. Qarşıdakı ilin üçüncü rübündə isə Azərbaycanda gündəlik hasilat 790 min barrelə, sonuncu rübdə isə 770 min barrelə düşəcək.

Qeyd edək ki, Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 783 min barrel olub. Bunun 717 min barrelini xam neft, 66 min barrelini kondensat təşkil edib. Gündəlik 627 min barrel xam neft, 66 min barrel kondensat, 4 min barrel isə neft məhsulları ixrac edilib. Gündəlik neft hasilatı cari ilin yanvar ayında 814,6 min barrel, fevralda 806 min barrel, martda 794 min barrel, apreldə 785,7 min barrel, mayda 801 min barrel, iyunda 792 min barrel, iyulda 773 min barrel, avqustda 774 min barrel, sentyabrda 796 min barrel olub.