YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk Dünyası Qadınları TÜRKAP-da birləşdi

Türkiyənin Qadın Radiosu olan “Lady Radio”nun təşkilatçılığı ilə 6 ölkədən olan dövlət və hökumət nümayəndələri, QHT fəalları Türk Dünyası Qadın Platformunun (TÜRKAP) İstanbulda keçirilən I Forumunda bir araya gəliblər. Türkiyədən Foruma Avcılar Bələdiyyəsinin Sədri Handan Toprak, millət vəkilləri Jale Nur Süllü, Aylin Cesur, Qırgızıstandan millət vəkili Elvira Surabaldiyeva, azerbaycanlı parlamentarilər Jalə Əliyeva, Kamilə Əliyeva, Hesablama Palatasının auditoru Mehriban Alışanova, Şimali Kiprin millət vəkili Jale Refik Rogers  və Qazaxıstandan, Özbəkistandan gələn 50-ə yaxın fəal qadın qatılıb. 

Tədbirdə Türk Dünyası Qadın Platformunun qurucuları İlhamə Novruzova və Zaid Nəhmətov iştirakçıları salamladıqdan sonra Ankara Klubu Qadın Qolları Başkanı Handan Kayakökünün təqdimatı ilə üzv ölkənin aktual qadın mövzularına dair məlumatlar verilib. Çıxış edənlər təşkilatla bağlı gözləntilərini bildiriblər.

Sonra 6 ölkə təmsilçisindən ibarət olan İdarə Heyəti  seçilib. Tədbirdə Avcılar Bələdiyə Başkanı Handan Toprak Türkiyə adından İH-nə qəbul edilib. Həmçinin, 30 iştirakçı qurucu üzv, millət vəkilləri isə fəxri üzv olarak Niyyət Protokolunu imzalayıblar.

Sonra KaDer Başkanı Nuray Karaoğlu və “Qadın Cinayətlərini Dayandıracağıq” Platformunun baş təmsilçisi Gülsüm Kavın moderatorluğu ilə “Qadın Lobbiçiliyi” ve “Qadına Şiddət” panelləri keçirilib. Ankara Barosunun ilk qadın başkanı Sema Aksoy, professor Aygün Attar, Lady Radionun PR meneceri Ayşe Gönen, Lefkoşa Lions Klub Başkanı Anıl Meryem Bilir, professor Nodira Latipova, “Təmiz Dünya” İB-nin sədri Mehriban Zeynalova ve digərlərinin iştirakı ilə faydalı müzakirələr aparılıb.

TÜRKAP-ın bundan sonrakı hədəflərinə gəlincə, qeyd olunub ki,  ortaq sosial-mədəni tədbirlərin təşkili, qadın dayanışmasının sərhədlərini genişləndirmək, türk dünyası qadınları arasında dialoqu artırmaq, tarixdən gələn qardaşlıq bağlarını daha da gücləndirməkdir. TÜRKAP-ın qurucu başkanı İlhamə Novruzovanın sözlərinə görə, 5 dekabr 2018 – ci il tarixində Qadın Haqları günündə türk dünyasının bütün ölkələrindən olan 200 qadının iştirakı ilə Ümumi Forum reallaşacaq və mərasimdə “İlin Qadını” mükafatları təqdim olunacaq.

DİGƏR Xəbərlər Arxiv