Xəbərlər
YAP-ın Saatlı rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Sarıcalar və Şirinbəy kəndlərində seçicilərlə görüş keçirib
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Saatlı rayon şöbəsinin üzvləri partiyanın Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində aprelin 7-də rayonun Sarıcalar və Şirinbəy kəndlərində seçicilərlə görüş keçirib.
Görüşlərdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları saysız-hesabsızdır və eyni zamanda davamlıdır. Bu isə öz növbəsində yeni inkişaf hədəflərinin müəyyənləşdirilməsini şərtləndirir. Həmçinin Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edib, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən möhtəşəm layihələr Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Ona görə də möhtərəm Prezidentimizin fəaliyyəti hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir.
Görüşlərdə çıxış edən Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, , Azərbaycan xalqı bu dəfə də seçkilərdə cənab İlham Əliyevə səs verəcək. Ona görə ki, ölkə vətəndaşları cənab İlham Əliyevə səs verməklə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, bütövlükdə ölkəmizin inkişafına səs verəcəklər. Çünki Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyev siyasəti ilə bağlıdır. Bu siyasətin layiqli davamçısı cənab İlham Əliyev 11 aprel prezident seçkilərində yenidən qələbəsini təmin edərək, Azərbaycanın davamlı inkişafının təminatçısı kimi təkmil islahatları ilə möhtəşəm uğurlarımızın miqyasını daha da genişləndirəcək.
Görüşlərdə çıxış edən seçicilər də bildiriblər ki, 11 aprel prezident seçkilərində onlar hamılıqla cənab İlham Əliyevə səs verəcəklər.