YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şəki rayon təşkilatının təbliğat qrupu Kiçik Dəhnə kəndində seçicilərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin təbliğat qrupu 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 9000-dən çox əhalisi və 5529 seçicisi olan Kiçik Dəhnə kəndində seçicilərlə görüş keçirib.

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şəki rayon şöbəsinin sədri Həsən Həsənov açaraq prezidentliyə namizəd Cənab İlham Əliyevin 2003-2018-ci illər ərzində ölkə Prezidenti kimi gördüyü titanik işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müdirik, məqsədyönlü siyasəti nəticəsində son 15 ildə Azərbaycan çox böyük uğurlara imza atıb. O əmin olduğunu bildirib ki, Kiçik Dəhnə kənd seçiciləri 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəklər.

Tədbirdə AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ŞREM-in direktoru Yusif Şükürlü və YAP Şəki rayon təşkilatı aparatının baş məsləhətçisi Kamil Məmmədov çıxış edərək prezidentliyə namizəd Cənab İlham Əliyevin həyat və fəaliyyəti, eyni zamanda ölkəyə rəhbərlik etdiyi 15 il ərzində gördüyü işlər, Azərbaycan dövlətçiliyinin inkişafı və xalqımızın rifahı naminə sonsuz xidmətləri barədə ətraflı məlumat verib, seçiciləri bu uğurların davam etdirilməsi üçün Cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirdə çıxış edən seçicilər artıq öz seçimlərini etdiklərini, 11 aprel tarixdə xalqımızın layiqli oğlu İlham Əliyevə səs verəcəklərini bildiriblər.

        

        

 

DİGƏR Xəbərlər Arxiv