Xəbərlər
Azərbaycan gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir
YAP Qobustan rayon təçkilatının təbliğat-təşviqat qrupu təhsil işçiləri ilə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Füzuli Gülaliyev bildirib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. F. Gülaliyev qeyd edib ki, cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib.
Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Qobustan rayon şöbəsinin üzvləri Ruslan Şahbazov, Tahir Şıxaliyev, Əlisa Hacıyev, təbliğat-təşviqat qrupunun üzvləri Abgül Babayev, Bəyim İsmayılova və digərləri vurğulayıblar ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Tədbir iştirakçıları təhsil sahəsində çalışan bütün seçicilərin iradəsini ifadə edərək 11 aprel 2018-ci ildə seçki məntəqələrinə gələrək güclü liderə - cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.