YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıtlıların seçimi Prezident İlham Əliyevdir

Aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən görüşdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov öncə aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı məlumat verib. O, bildirib ki, son 15 ildə ölkəmiz yüksək səviyyəli inkişaf yolu keçib: "Mən əminəm ki, qədirbilən sumqayıtlılar hər zaman olduğu kimi bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak edəcəklər və öz seçimlərində hər zaman olduğu kimi dövlətçiliyimizi, birliyimizi, inkişafımızı seçəcəklər".

Çıxış edən millət vəkili Tahir Mirkişili də ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Vurğulanıb ki, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinə sadiqlik  dayanır.

Çıxış edən şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, eləcə də Eldar İsmayılov və digərləri Sumqayıt sakinlərinin hər zaman dövlətçiliyin keşiyində dayandığını bildiriblər. Qeyd olunub ki, aprelin 11-də sumqayıtlıların seçimi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev olacaq. Tədbirdə çıxış edən seçicilər də hər bir Sumqayıt sakininin ölkə  Prezidentinin apardığı siyasi kursu dəstəklədiyini dilə gətiriblər.