Xəbərlər
Xavaca Məhəmməd Asif: Üçtərəfli formatdan daha geniş istifadə etmək barədə razılığa gəldik
Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü çox məhsuldar keçdi, geniş müstəvidə müzakirələr aparıldı. Ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələri xüsusi qeyd etməliyəm.
Bu sözləri Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif birgə mətbuat konfransında söyləyib.
Nazir vurğulayıb ki, ticarət dövriyyəsinin üçtərəfli formatda inkişafı daha faydalı nəticələr verə bilər. “Birbaşa hava nəqliyyatının bərpası üçün lazım olan bütün səyləri göstərəcəyik və hesab edirəm ki, buna nail olacağıq. Beynəlxalq məsələlərdə hər üç ölkənin mövqeləri üst-üstə düşür. Parlamentlərarası əlaqələri genişləndirmək barədə razılığa gəldik. Həmçinin qərara aldıq ki, üçtərəfli formatdan daha geniş istifadə edək”, - deyə pakistanlı nazir qeyd edib.