Xəbərlər
Azər Badamov: Dövlət siyasətinin təməlində insanların rifahının yaxşılaşdılması dayanır

«2018-ci ilin dövlət büdcəsi ölkəmizin bu günün reallıqlarına uyğun və gələn ilin çağırışlarını nəzərə alınaraq hazırlanıb. Reallığımız odur ki, dövlət başçımızın apardığı düşünülmüş sosial-iqtisadi siyasəti sayəsində geniş spektirli iqtisadi islahatlara start verilmiş, iqtisadiyyatın neftdən asıllığını aradan qaldırılması istiqamətində atılmış addımlar öz nəticəsini verməyə başlanmış , manatın məzənnəsi xarici valyutalar qarşısında sabitləşmiş və 2017-ci ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin olunmuşdur». Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.
A.Badamov bildirib ki, cari ilin reallıqları 2018-ci ilin dövlət büdcəsinin 2017-ci ildəkinə nisbətən artımla nəzərdə tutulmasına imkan verib. Onun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsi layihəsindən göründüyü kimi xərclərin tərkibində 33,5% -i sosialyönümlü olması onu göstərir ki, dövlət siyasətimizin təməlində Azərbaycan vətəndaşı durur və insanların rifahının yaxşılaşdılması dayanır.
«Düşünürəm ki, 2018-ci ildə ölkəmizdə sənayeləşmə prosesi sürətlənəcək, yeni müəssisələrin açılışları olacaq və gələcək illərdə dövlət büdcəmizin daha da çox artımlarla layihələşdirilməsinə imkanlar yaranacaqdır. Sənaye müəsisələrin açılışı istiqamətində regionlarda emal sənayesinin inkişaf etdirilməsi zəruridir»- deyə, deputat qeyd edib.