Xəbərlər
Jalə Əliyeva: Həyata keçirilən tədbirlər mədəniyyətin inkişafına daha böyük töhfələr verməkdədir
«Azərbaycanda mədəniyyət sahəsinin inkişafı daim dövlət başçısının diqqətindədir». Bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
J.Əliyeva bildirib ki, mədəniyyət sahəsinin inkişaf etdirilməsi istiqamətində ardıcıl olaraq qərarlar verilir. Onun sözlərinə görə, paytaxtda və regionlarda yeni mədəniyyət obyektləri tikilib istifadəyə verilir və ya əsaslı təmin olunur.
«Eyni zamanda, tarixi-mədəni abidələrimiz də qorunur, bərpa edilir, gələcək nəsillərə ötürülür. Çox sevindirici haldır ki, Azərbaycan mədəniyyəti dünya miqyasında da geniş təbliğ edilir. Bütövlükdə, həyata keçirilən tədbirlər mədəniyyətin inkişafına daha böyük töhfələr verməkdədir»- deyə, J.Əliyeva qeyd edib.