Xəbərlər
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabrın 30-da Bakıda olacaq
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/d58fd207c11a08b11ef270d82516df0c.jpg&w=360)
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabrın 30-da Bakı şəhərində keçiriləcək.
Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 8-də Tbilisidə gürcüstanlı həmkarı Mixeil Canelidze ilə görüşdə məlumat verib. Nazir deyib ki, açılış mərasimində bir sıra dövlətlərin nümayəndə heyətləri iştirak edəcək.
Elmar Məmmədyarov Mixeil Canelidzeni mərasimə dəvət edib.