YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Jurnalistikamız nüfuzlu və aparıcı peşəyə çevrilib

«Azərbaycan dövləti bütün məsələlərə sistemli yanaşır, hər bir konkret sahə ilə bağlı müvafiq dövlət proqramları qəbul olunur və icra edilir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu 1995-ci il Konstitusiyasında demokratik azadlıqların təsbit olunması və daha sonra 1998-ci ildə senzuranın ləğvi bu yanaşmanın əsasını təşkil edir». Bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti Prezident İlham Əliyev tərəfindən yeni dəyərlərlə zənginləşdirilib. Onun sözlərinə görə, bu gün “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” kimi fundamental sənədimiz var, mediaya dövlət dəstəyini həyata keçirən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu uğurla fəaliyyət göstərir.

«Bu dəstəyin, diqqət və qayğının nəticəsidir ki, jurnalistikamız nüfuzlu və aparıcı peşəyə çevrilib, bu sahəyə güclü axın var. Ən əsası, Azərbaycan mediası qarşısında duran ən mühüm vəzifənin həyata keçirilməsi - Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması sahəsində ciddi uğurlar əldə etməyə başlayıb»- deyə, Ə.Amaşov vurğulayıb.