Xəbərlər
Şirzad Abdullayev: Bu ilin birinci yarısında verilən güzəştli kreditlərin 76 faizi ölkə regionlarının payına düşür
«2017-ci ilin birinci yarısında 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib». Bu fikri İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib.
Ş.Abdullayev bildirib ki, bu investisiya layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
«Bu dövrdə verilən güzəştli kreditlərin 76 faizi ölkə regionlarının, 24 faizi isə Bakı qəsəbələrinin payına düşür»- deyə, icraçı direktor qeyd edib.