YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfır Suzan Cəmil Nuh: Misir Azərbaycanın haqlı mövqeyini tam dəstəkləyir

Misir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini tam dəstəkləyir. Azərbaycanın işğal altında olan torpaqları geri qaytarılmalı, ərazi bütövlüyü təmin edilməlidir.

Bu sözləri Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh jurnalistlərə müsahibəsində deyib.

Səfir bildirib ki, ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlıq inkişaf edir. Azərbaycanda Misirin Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

İqtisadi sahədə ölkələrimiz arasında olan əməkdaşlığa toxunan səfir əminliyini ifadə edərək qeyd edib ki, bu ilin oktyabrında Bakıda keçiriləcək Misir-Azərbaycan Hökumətlərarası Komissiyasının dördüncü iclası iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.

DİGƏR Xəbərlər Arxiv