Xəbərlər
Şahin İsmayılov: Ölkəmizdə vətəndaş cəmiyyətinin bütün sahələrinin inkişafı üçün ciddi addımlar atılır
«Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun ölkəmizlə bağlı bəyanatına etiraz edir. Bu bəyanat təşkilatın Azərbaycana qarşı mövqeyinin göstəricisidir». Bu fikirləri ATGTİ-nin sədri Şahin İsmayılov deyib.
Ş.İsmayılov bildirib ki, məlum bəyanat qeyri-rəsmi mənbələrdən alınıb, real olmayan məlumatlar əsasında hazırlanıb. Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti hərəkatı heç bir qüvvə tərəfindən təzyiqə məruz qalmır. «Azərbaycan hökuməti tərəfindən vətəndaş cəmiyyəti qurucularına böyük dəstək göstərilir. Vətəndaş cəmiyyətinin hərəkətverici qüvvəsi olan tələbə-gənclər də bu dəstəkdən ən çox yararlanan sosial təbəqə olaraq, dövlətimizin yaratdığı bu şəraitdən olduqca razıdırlar. Bugün ölkəmizdə vətəndaş cəmiyyətinin bütün sahələrinin inkişafı üçün ciddi addımlar atılır, yeni imkanlar yaradılır. Azərbaycan Respublikasında vətəndaş cəmiyyəti yüksək azadlıq, hüquq, hətta monitorinq aparma imkanına malikdir»- deyə, Ş.İsmayılov qeyd edib.