YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Əhmədoğlu: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin konturları bəllidir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin konturları bəllidir. Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, 20 il ərzində Ermənistan heç bir uğur əldə edə bilməyib, Dağlıq Qarabağın müstəqilliyini heç bir sənəddə təsbit etdirə nail olmayıb. Onun sözlərinə görə, bu müddətdə erməni tərəfi yalnız işğalçılığını davam etdirib.

«Amma bu işğalçılığın davam etməsi Ermənistan dövlətçiliyinin mövcudluğunu ciddi şübhə altına salıb, dünya erməniliyini isə xeyli zəiflədib. Azərbaycan getdikcə irəliləyir. Qarabağ münaqişəsi tənzimləndikdən sonra Azərbaycanın inkişafının qarşısını ala biləcək heç bir maneə qalmır. Azərbaycan özünü bu regionda kifayət qədər sahiblik qüdrətinə malik dövlət kimi hesab edir. Azərbaycanın uzunmüddətli regional strategiyası var. Gələcəkdə qonşularla münasibətdə təhlükə yaradan məsələlərin preventiv həlli də bu strategiyanın tərkib hissəsidir»- deyə, politoloq qeyd edib.