YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Azərbaycanda vətəndaş cəmiyyəti institutları kifayət qədər inkişaf edib

«Azərbaycanda vətəndaş cəmiyyəti institutları kifayət qədər inkişaf edib». Bu fikri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Azərbaycan QHT-ləri beynəlxalq səviyyədə proqramların həyata keçirilməsində geniş təcrübəyə malikdir. Onun sözlərinə görə, bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi də mütləq şəkildə vətəndaş cəmiyyəti seqmetinin iştirakını vacib edir.

«Bu baxımdan çox sevindirici haldır ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün cəmiyyətinin bütün komponentləri bu proqramın icarına dəvət olunur. Əvvəlki təcrübədə olduğu kimi bü gün müzakirə etdiyimiz proqramı icra etmək üçün Azərbaycan ciddi naliyyətlər əldə edəcək. Azərbaycan QHT-ləri bu proqramın hazırlanmasında, icrasında, monitorinqinin həyata keçirilməsində yaxında iştirak edə bilərlər. Azərbaycanda QHT-lər əvvəl icra olunan proqramlarda bu cür fəaliyyət həyata keçiriblər. Bu proqramlar ümummilli bir təşəbbüsdür və orada cəmyyətin bütün təbəqələri  iştirak etməlidir. QHT-lərə yaradılan şərait imkan verir ki, onlar da bu proqramın reallaşmasında digər müvafiq qurumlarla çiyin-çiyinə çalışsınlar»- deyə, A.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv