YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycan qadınları müxtəlif sahələrdə layiqli şəkildə təmsil olunurlar

«Ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması, qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədilə mühüm dövlət sənədləri imzalanıb». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində Azərbaycan qadınları müxtəlif sahələrdə layiqli şəkildə təmsil olunurlar. Onun sözlərinə görə, bu gün qadınlarımızın əldə etdiyi yüksək nailiyyətlər görülən işlərin mühüm göstəricisidir.

«Dövlət Komitəsinin nəzdində 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir. Mərkəzlər tərəfindən müvafiq məsələlər ilə müraciət edən hər bir vətəndaşın probleminin həlli istiqamətində işlər görülür»- deyə, H.Hüseynova vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv