YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: “VPS Healthcare” şirkəti Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıq etmək niyyətindədir

Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkəti Azərbaycanda səhiyyə, idarəetmə və dərman istehsalı sahəsində əməkdaşlıq etmək niyyətindədir.

Bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev fevralın 8-də “Azərbaycan İnvestisiya Şirkəti”nin Birləşmiş Ərəb Əmirliklərinin “VPS Healthcare” şirkəti ilə imzaladığı Anlaşma Memorandumu ilə bağlı verdiyi açıqlamada deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırıqlarına uyğun olaraq “VPS Healthcare” şirkətinin nümayəndə heyəti ilə qarşılıqlı əməkdaşlıq barədə danışıqlar aparılıb, memorandum imzalanıb. “Azərbaycanda dərman istehsalı zavodunun tikintisi üzrə razılığa gəlinib, ilkin sənədlər imzalanıb. Ekspertlərimiz daha dərin təhlillər edib bu zavodun tikintisi üzrə lazım olan digər danışıqları aparacaqlar”, - deyə nazir bildirib.

Nazirin sözlərinə görə “VPS Healthcare” şirkəti körfəz ölkələrində çox məşhurdur. Bu şirkət 20-dək səhiyyə müəssisəsini, 100-ə yaxın klinikanı idarə edirlər və eyni zamanda dərman istehsalı ilə məşğul olur. Şirkətin illik gəliri 1 milyard dollardan yuxarıdır. Səfər çərçivəsində şirkətlə Azərbaycanda mümkün əməkdaşlıq perspektivləri geniş müzakirə olunub, çox məhsuldar görüşlər keçirilib.

Azərbaycanda çox əlverişli investisiya mühiti olduğunu söyləyən nazir bildirib ki, şirkət bu imkanları yüksək dəyərləndirib, Azərbaycanla xüsusilə səhiyyə, idarəetmə, dərman istehsalı və digər sahələrdə əməkdaşlıq etmək niyyətini bildirib.