Xəbərlər
Əli Əhmədov: Dərman bazarının lazım olan preparatlarla təchiz olunması üçün operativ şəkildə işlər görülür
Dərman bazarının lazım olan preparatlarla təchiz olunması üçün operativ şəkildə işlər görülür.
Bunu jurnalistlərə müsahibəsində Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, ölkədə dərman istehsalı hələ ki mövcud deyil. Yaxın zamanlarda istəyirik ki, Azərbaycanda dərman istehsalına başlanılsın. Amma o vaxta qədər yəqin ki, bununla hesablaşmalı olacağıq.
“Azərbaycanın dərman bazarına əsas etibarilə preparatlar idxal olunur və beləliklə də müəyyən çətinliklər müşahidə edilir. Amma kritik bir vəziyyət yoxdur, operativ şəkildə bunlara reaksiya verilir. Həmçinin dərman idxal edən təşkilatların normal şəkildə fəaliyyət göstərməsi ilə əlaqədar lazım olan tədbirlər həyata keçirilir” ,– deyə, Baş nazirin müavini qeyd edib.