YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Kayseridə törədilmiş amansız terror aktı nəticəsində türk əsgərlərinin şəhid olması və yaralanması ilə əlaqədar başsağlığı verdi.

Başsağlığında deyilir: “Biz bu qanlı hadisəni lənətləyir, dəhşətli bəlaya çevrilmiş terrorizmə qarşı mübarizənizdə Sizi dəstəkləyir və daim qardaş Türkiyənin yanındayıq.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

 

 

DİGƏR Xəbərlər Arxiv