Xəbərlər
Strateji Yol Xəritəsi: Azərbaycan dünyada turistlərin ən çox üstünlük verdiyi 20 turizm məkanından birinə çevriləcək
2025-ci ildən sonrakı dövr üçün hədəf baxış Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdiyi 20 turizm məkanından birinə çevirmək və mövcud turizm
ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimallaşdırılmasına nail olmaqdır.
Bu fikirlər “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.
Yol Xəritəsində bildirilib ki, Azərbaycanın məqsədyönlü brendinq tədbirlərinin həyata keçirilməsi, əlaqələrinin artırılması, infrastrukturunun yaxşılaşdırılması ilə bərabər, cəlbedici
turizm məkanlarının müxtəlifliyinin və xidmət keyfiyyətinin artırılması ölkəni beynəlxalq turizm məqsədləri üçün cəlbedici turizm mərkəzinə çevirmək niyyətinin reallaşdırılmasına şərait yaradacaqdır. Bu yolla Azərbaycana dünyanın hər yerindən potensial turistlərin cəlb olunması təmin edilərək onlar üçün yaddaşlardan silinməyən unikal səyahət imkanları yaradılacaq.
Qeyd edilib ki, xüsusilə, 2025-ci ildən sonrakı dövr üçün perspektivin tərkib hissəsini, Azərbaycanın dünya turizm sektorunda ən çox üstünlük verilən 20 turizm məkanından biri olmaq niyyəti təşkil edir. Bu məqsədlə əsas tələbatın olduğu şəhər və ölkələrdə, eləcə də məşhur onlayn platformalarda yüksəkhədəfli və yaxşı tənzimlənən marketinq tədbirlərinə başlanacaq.