YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Həmsədrlər həqiqətə yaxınlaşıblar

ATƏT-in Minsk qrupuna həmsədr dövlətlərin XİN rəhbərlərinin bu dəfə yaydığı bəyanatda müəyyən konkretlik var». Bu fikri politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, bu bəyanat  Ermənistana danışıqlar dövründə vurulmuş ən ağır zərbədir. Bununla belə politoloq hesab edir ki, Minsk qrupu gecikmiş bəyanat verib. Çünki Minsk qrupu belə mövqeyini əvvəlcədən ortaya qoymalı idi.

«Əgər belə olsaydı, Ermənistanın XİN rəhbəri 3+2 formatında görüşdən imtina etməzdi. Bu bəyanatla həmsədr dövlətlər və beynəlxalq birlik Ermənistana mesaj verir ki, tənzimlənmə üçün bir sənəd  var, o da Yenilənmiş Madrid Prinsipləridir. Hesab edirəm ki, həmsədrlər həqiqətə yaxınlaşıblar. Onlar Ermənistanı gərək əvvəldən tanıyardılar. Həmsədrlər Qarabağa səfər edəndə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələr aparmalıdırlar»- deyə, M.Əhmədoğlu qeyd edib.

DİGƏR Xəbərlər Arxiv