YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Tarif Şurasının son qərarı aztəminatlı ailələr üçün heç bir çətinlik yaratmayacaq

«Tarif Şurasının tarif tənzimlənməsi ilə bağlı son qərarı aztəminatlı ailələr üçün heç bir çətinlik yaratmayacaq». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, qərara əsasən qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyib. Çünki sadə insanlar qaz və enerjidən orada qeyd olunan rəqəmlərdən artıq istifadə etmir.

«Bu rəqəmlər yalnız kommersiya şirkətləri üçün fərqli olacaq. Çünki yalnız böyük müəssisələr daha çox qaz və enerjidən istifadə edir. Burada əhali heç bir fərq hiss etməyəcək. Tarif Şurasının qərarları sosial ədaləti tənzimləyəcək. Belə ki, bu qərarlar əsasında sadə vətəndaşların ödənişi ilə kommersiya şirkətlərinin ödənişi arasında fərq olacaq»- deyə, R.Əliyev vurğulayıb.