YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmira Süleymanova: Dövlətimiz uğurlu sosial, iqtisadi və hüquqi islahatlar həyata keçirir

«Dövlətimiz uğurlu sosial, iqtisadi və hüquqi islahatlar həyata keçirir». Bu fikri ombudsman Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, bu islahatlar nəticəsində insan hüquqlarının daha səmərəli müdafiəsinə yönələn bir sıra mühüm qanunlar, dövlət proqramları qəbul edilib. Onun sözlərinə görə, bu sənədlər insan hüquqların təminatında mühüm rol oynayır.

«Ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə qəbul edilən üç mühüm strateji sənəd - İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı, Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı insan hüquqları mexanizmlərinin təmin olunması baxımından böyük önəm kəsb edir. Amma proses davam edir və milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır»- deyə, E.Süleymanova vurğulayıb.