YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Azərbaycanın gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti respublikanın elmi potensialı ilə bilavasitə bağlıdır

«Ölkəmizdə elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir». Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, Azərbaycanın gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti respublikanın elmi potensialı ilə bilavasitə bağlıdır. Akademik, ölkənin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal iqtisadi problemlərin Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevirdiyini vurğulayıb. 

AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda Prezident İlham Əliyevin elmimiz qarşısında duran yeni vəzifələr, ölkəmizin gələcək inkişafı, alimlərin bu inkişafda rolu haqqında dərinməzmunlu və proqram xarakterli nitq söylədiyini xatırladan A.Əlizadə qeyd edib ki, dövlətimizin başçısının irəli sürdüyü elmi prioritetləri, elmin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq AMEA-nın aprelin 29-da keçirilmiş ümumi yığıncağı “Azərbaycan elminin inkişaf doktrinası”nın hazırlanması barədə qərar qəbul edib. Akademik AMEA-nın rəyasət heyəti tərəfindən həmin doktrinanın layihəsinin hazırlandığını və Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında geniş müzakirə olunduğunu deyib.