Xəbərlər
Yardımlıda referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun nümayəndələri qadınlarla görüş keçirib
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/d56702fff3440f2d02867abde0bdb092.jpg&w=360)
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun YArdımlı şöbəsi bu gün qadınlarla görüş keçirib. Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatında baş tutan görüşdə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Mirkazım Kazımov, YAP Yardımlı rayon təşkilatı qadınlar şurasının sədri Aygün Şabiyeva, fəallardan Gülnarə İsmayılova, Məzlum Mənsimov və digərləri iştirak ediblər.
Görüşdə ilk çıxış edən təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Mirkazım Kazımov qadın seçicilərərə referendum Aktının əhəmiyyəti haqqında məlumat verib: "Cəmiyyətdə qadınların rolu hər zaman önəmli olub. 26 sentyabr tarixində Konistitusiyamızın 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi ümumxalq səsverməsinə çıxarılır. Bunlardan 23 maddəyə dəyişiklik, 6 maddəyə isə əlavələr olunacaq. Bu əlavə və dəyişikliklər günün, zamanın, beynəlxalq idarəetmə sisteminə inteqrasiyanın tələbindən irəli gəlir. Ona görə hər birimiz ölkəmizin inkişafı naminə "HƏ" deməliyik".
Görüşdə çıxış edən YAP Yardımlı rayon təşkilatı qadınlar şurasının sədri Aygün Şabiyeva referendumun mahiyyəti, ümumxalq səsverməsinin reallaşmasını şərtləndirən amillər haqqında tədbir iştirakçılarına məlumat verib.
Daha sonra çıxış edən natiqlər Referendum Aktında nəzərdə tutulan dəyişiklərə müsbət yanaşdıqlarını bildirərək 26 sentyabrda keçiriləcək səsvermədə fəal olacaqlarını bildirib.
Yığıncağın sonunda YAP Yardımlı rayon təşkilatı qadınlar şurasının sədri Aygün Şabiyeva bütün qadınları səsvermə günü məntəqələrə gələrək səsvermədə aktiv iştirak etməyə səsləyib.