Xəbərlər
YAP Xətai rayon təşkilatınının qərərgahında ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib
Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi - Referendumla bağlı Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirib.
Görüşü giriş sözü ilə Milli Məclisin deputatı, “Yeni Azərbaycan “ təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Hüseynbala Mirələmov açdı. O, bildirdi ki, tədbirin məqsədi referendumla bağlı ilk dəfə səs verəcək seçicilər arasında izahat və maarifləndirmə işlərini daha da fəallaşdırmaqdır.
Çıxış edənlər, BDU-nun Konstutsiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəssəfə doktoru Nəsib Şükürov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Yeni Azərbaycan Partiyası Xəta rayon təşkilatının sədr müavini Yeganə Qurbanova Konstitusiyaya təklif olunan əlavələr və dəyişikliklərin mahiyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verdilər.
Sonda tədbir iştirakçıları Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə hamılıqla səs verəcəklərini bildiriblər.