Xəbərlər
Azərbaycanda referendumda 3 müstəqil təşkilat “exit-poll” keçirəcəkdir
Sentyabrın 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
İclasda 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası tərəfindən “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi tərəfindən “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə və “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən “exit-poll” keçirilməsi niyyəti ilə MSK-ya ünvanlanmış müraciətlərə baxılıb. Qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılaraq iclasa çıxarılmış müraciətlər Komissiya üzvləri tərəfindən müzakirə olunduqdan sonra sözügedən təşkilatların “exit-poll” keçirmək üçün qeydə alınması barədə qərar qəbul olunub.