YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: 40-a yaxın ölkədə seçki məntəqələrinin təşkil olunması nəzərdə tutulur

Azərbaycan Respublikası Konstitusiyası və Seçki Məcəlləsinin 12.1, 35.6, 35.8, 46.4, 46.8, 47.4 və 47.8-ci maddələrinə uyğun olaraq, ölkəmizin hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli ezamiyyətdə olan vətəndaşlarımızın ümumxalq səsverməsində (referendum) iştirakının və seçki hüququnun ifadə edilməsinin təmin olunması üçün müvafiq diplomatik nümayəndəliklərimizdə seçki məntəqələri təşkil ediləcək. Diplomatik nümayəndəliklərimizin yerləşdiyi 40-a yaxın ölkədə seçki məntəqələrinin təşkil olunması nəzərdə tutulur.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsinin (referendum) təşkili ilə bağlı diplomatik nümayəndəliklərdə aparılan hazırlıq işləri barədə AZƏRTAC-a açıqlamasında bildirib.

Hikmət Hacıyev deyib: “Seçki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən səsvermə günü xarici ölkələrdə olan vətəndaşlarımızın səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri müvafiq ərazilərdə konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən çox olduqda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsulluqlarının rəhbərləri tərəfindən səsvermə gününə azı 30 gün qalmış yaradılır. Xarici İşlər Nazirliyi tərəfindən seçki məntəqələri yaradılacaq diplomatik nümayəndəlik və konsulluqlarımızın siyahısı və seçki məntəqələri üzrə vətəndaşların sayı barədə məlumat Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

MSK ilə əlaqələndirilmiş şəkildə diplomatik nümayəndəlik və konsulluqlarda yaradılacaq seçki məntəqələrinin təhkim olunduqları seçki dairələrinin müəyyən edilməsi üzrə yekun işlər aparılır. Eyni zamanda, diplomatik nümayəndəliklərin şəffaf qutular, seçki qutularının bağlanması üçün birdəfəlik kilidlər, seçki bülletenləri, barmaqların işarələnməsi üçün mürəkkəb, ultrabənövşəyi lampa, möhür, təlimat, qayda və izahlara dair çap materialları və digər ləvazimatlarla təmin edilməsi üzrə MSK ilə birlikdə XİN tərəfindən zəruri tədbirlər görülür”.

 

DİGƏR Xəbərlər Arxiv