Xəbərlər
Prezident İlham Əliyev əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, əhalinin özünüməşğulluğuna kömək göstərilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6,0 (altı) milyon manat ayrıldı.