YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident Rəcəb Tayyib Ərdoğan: İlham Əliyev Azərbaycanın millətimizin dar günündə dostu olduğunu bir daha göstərdi

“Mən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bu iclasının Ankaramızda keçirilməsini çox təqdirəlayiq hesab edirəm və mərhum Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” anlayışının daha bir təzahürü olduğunu bildirirəm. Qardaşım İlham Əliyev Azərbaycanın millətimizin dar günündə dostu olduğunu bir daha göstərdi. Buna görə ona dərindən təşəkkürümü bildirirəm.” Bu fikirləri Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 15-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında səsləndirmişdir.

“Mən başda əziz qardaşım Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarıma millətimiz adından təşəkkür edirəm. Biz də Türkiyə olaraq işğal altında saxlanılan Dağlıq Qarabağ başda olmaqla bütün sahələrdə azərbaycanlı qardaşlarımızın yanında olmağı qətiyyətlə davam etdiririk və etdirəcəyik.”-deyə, Prezident Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir.