Xəbərlər
Peter Semnebi: Azərbaycanda belə bir forumun keçirilməsi onun üstünlüyüdür
Zəngin tarixi təcrübəyə malik, sivilizasiyaların kəsişmə nöqtəsində yerləşən Azərbaycanda belə bir forumun keçirilməsi onun üçün üstünlükdür.
Bunu Bakıda keçirilən IV Qlobal Forumun iştirakçısı, İsveçin Suriyadakı səfiri Peter Semnebi mətbuata açıqlamasında deyib.
P.Semnebi vurğulayıb ki, forumun miqyası və iştirakçıların sayı müsbət təəssürat yaradır. Bu cür müzakirələr təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mühüm əhəmiyyətə malikdir. Belə forumlar insanları həmişə bir araya gətirməyə kömək edir.
Dünyada baş verən regional münaqişələrə toxunan səfir qeyd edib ki, münaqişələrin dinc yolla həllinə nail olmaq üçün bütün dövlətlər səylərini birləşdirməlidirlər.