Xəbərlər
Svante Kornell: Azərbaycan Qərbə istiqamətlənmiş müasir, dünyəvi dövlətdir
Aİ "Şərq tərəfdaşlığı" ölkələrinin fərdi xüsusiyyətlətini nəzərə almaqla bu formatda siyasət yürütmək imkanını tapmağa çalışır. Trend-in "EuroActive"ə istinadən verdiyi məlumata görə, bunu Avropa Xarici Fəaliyyət Xidmətinin "Şərq tərəfdaşlığı" ölkələri ilə ikitərəfli əlaqələr şöbəsinin müdiri Dirk Şubel Avropa Siyasət Mərkəzinin təşkil etdiyi konfransda çıxış edərkən deyib.
D.Şubel Qərbin Azərbaycanla münasibətlərinə və Dağlıq Qarabağ münaqişəsi məsələsində yanaşmasını tənqid edən Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Tədqiqatları Proqramının direktoru Svante Kornellin qeydlərinə cavab olaraq bildirib ki, Aİ yenə də Dağlıq Qarabağ münaqişəsinin həlli formulunu tapmağa çalışır.
S.Kornellin sözlərinə görə, Azərbaycan XIX əsrdən başlayaraq müasir dünyanın hissəsi olmağa çalışır: "Ölkə liderləri və onların əksər vətəndaşlarının bu baxışı paylaşdığını qeyd etmək vacibdir".
O vurğulayıb ki, hazırda Qərbə istiqamətlənmiş Azərbaycan prinsipial olaraq müasir, dünyəvi ölkədir, hərçənd Bakı Qərbin ikili standartlarından narahatlıq hiss edir.
Onun sözlərinə görə, 1991-cı ildən sonra müstəqilliyini yenidən qazanmış müasir Azərbaycan Ermənistanın ərazisininin 20 faizini işğal etməsinə, eləcə də etnik təmizlikdən əziyyət çəkib: "Lakin buna baxmayaraq, funksional dövlət qurulub".
Brüsselin Dağlıq Qarabağ məsələsini Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından sorna ikinci plana qoyması Azərbaycanın Qərbə etimadına çox təsir etdi: "Bu, mövcud münaqişənin həlli perspektivlərini qaçılmaz olaraq pozur, çünki Ermənistanın Azərbaycan ərazisini işğal etməsinə görə Türkiyə ilə sərhədlərin bağlanması kimi çəkdiyi əsas cəzalar aradan qaldırılacaq, bu, Ermənistanı tam qane edəcək".
Onun sözlərinə görə, 2008-ci ildə Gürcüstandakı hadisələrdən sonra Qərb Azərbaycan üçün daha vacib məsələlər olan suverenliyin, təhlükəsizliyin dəstəklənməsində və münaqişəslərin həllində rolundan praktiki olaraq imtina edib.
Azərbaycanda insan haqları məsələsindən danışan S.Kornell vurğulayıb ki, hazırda Qərbin diqqət mərkəzində daha əvvəllər regionun digər ölkələri olduğu kimi Azərbaycandır: "Washington Post" son iki il ərzində Azərbaycanda insan haqları ilə bağlı vəziyyət haqqında 9 məqalə dərc edib. Lakin mən Səudiyyə Ərəbistanı, Vyetnam və digər ölkələrdə insan haqları ilə bağlı heç bir məqalə görmədim. Onlarla müqayisədə Azərbaycanda vəziyyət olduqca yaxşıdır".
S.Kornell əlavə edib: "Biz yalnız insan haqlarına nə qədər çox diqqəti cəmləsək, daha az uğurumuz olacaq.
D.Şubelin sözlərinə əsasən, Azərbaycan radikallaşma və terrorçuluqla mübarizə kontekstində Aİ üçün önəmlidir.
O etiraf edib ki, yaxınlaşmaq üçün səylər təkcə Aİ tərəfindən olmayıb: "Məhz Azərbaycan 2015-ci il Riqa sammitində yeni strateji saziş barədə təkliflə çıxış edib".